Moldovada ölənlərin sayı artır
23.04.2020
Moldovada koronavirusdan ölənlərin sayı 79-a çatıb.
DM Moldova Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə bu virusa yoluxanların sayı 2926 nəfərdir. Müalicə alaraq evə buraxılan pasiyentlərin sayı isə 661 nəfərdir.
Ümumilikdə koronavirusla bağlı 14 minə yaxın test həyata keçirilib.