Türkiyə və İran prezidentləri arasında telefon danışığı
22.04.2020
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
AZƏRTAC Türkiyə Prezident Administrasiyasının İctimai əlaqələr idarəsinə istinadla xəbər verir ki, dövlət başçıları yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı birgə mübarizəni, ikitərəfli əlaqələri və regional prosesləri müzakirə ediblər.