İsrail: “Hizbullah” dünyanın ən iri...
25.05.2018
İranla münasibətlərdə hazırkı gərginlik açıq hərbi münaqişəyə gətirib çıxara bilər.
"Dövran Media" RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda İsrailin ekologiya və Qüds məsələləri naziri Zeev Elkin bildirib.
İsraillə İran arasında müharibə ehtimalının nə dərəcədə böyük olması sualını cavablandırarkən Elkin deyib: "Risk hər zaman var, çünki İran açıq şəkildə məqsədinin İsrail Dövlətini məhv etmək olduğunu bildirir. Buna görə də, əlbəttə ki, belə risk var”.
"İqtisadi çətinliklərə baxmayaraq, İran Suriya ərazisindəki hərbi layihəyə və Livanda "Hizbullah”ın silahlandırılmasına böyük vəsaitlər xərcləyir. Hazırda "Hizbullah” dünyanın ən iri raket ordularından birinə malikdir. Bunlar hamısı İranın pulları ilə edilir. Belə bir vəziyyətdə biz İranın nə qədər uzağa gedəcəyini bilmirik, lakin razılaşa bilmərik ki, Suriyanın ərazisində, düz bizimlə sərhəddə yerləşən İran raketləri vətəndaşlarımızın təhlükəsizliyini təhdid etsin. Biz hər şey edəcəyik ki, buna yol verməyək”, - israilli nazir qeyd edib.