Prezidentlər arasında telefon danışığı
22.04.2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Türkiyə Prezident Administrasiyasının ictimai əlaqələr idarəsinə istinadla xəbər verir ki, dövlət başçıları yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı beynəlxalq mübarizə, ikitərəfli əlaqələr və regional prosesləri müzakirə ediblər.