İmtahan qrafikində dəyişikliklər olunub
21.04.2020
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində ölkə ərazisində xüsusi karantin rejimi mayın 4-dək uzadılıb. Bununla əlaqədar biz də öz işimizdə yanvar ayından elan olunan qrafikdə müəyyən dəyişikliklər etmişik.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında söyləyib.