21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yaşlılar üçün animasiya +VİDEO

21.04.2020


Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşlılar üçün koronavirusdan qorunmaq mövzusunda maarifləndirici animasiya çarxı hazırlanıb.

COVİD-19 infeksiyasının xüsusilə yaşlılar üçün təhlükəli olduğu nəzər alınmaqla, çarxda bu kateqoriyadan olan insanlar üçün pandemiya dövründə sağlam və gümrah qalmaq üçün dəyərli tövsiyələr yer alıb. Çarxla aşağıda tanış olmaq mümkündür:
https://www.youtube.com/watch?v=8Hc8rJoBb6w

Qeyd edək ki, layihə yaşlıların rifah halının yaxşılaşdırılması, fəal və sağlam həyat tərzi keçirmələrinin təmin edilməsi, fəal yaşlanmanın təbliği məqsədilə aparılan dövlət siyasətinə dəstək məqsədi daşıyır. Layihə koronavirus təhlükəsi və bununla bağlı müəyyən edilmiş karantin rejimi ilə əlaqədar fəaliyyətini onlayn platformalar üzərindən davam etdirir. Layihə çərçivəsində yaşlı və ahıl vətəndaşlar üçün artıq bir sıra faydalı onlayn vebinar və müzakirələr təşkil olunub, eləcə də yaşlıların asudə vaxtının səmərəli təşkili məqsədilə sosial şəbəkələr vasitəsilə motivasiya edici müxtəlif tədbirlər icra edilir.
"Fəal Yaşlanma” layihəsi haqda:
BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən layihə pensiya yaşına çatmış şəxslərin fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklyuziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində ölkənin ilk Fəal Yaşlanma İndeksinin hazırlanması, yaşlı əhali ilə ölkə boyu ictimai görüşlərin keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə və təşviqat işlərinin aparılması, ahıllar üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətlərin (kompyuter kurslarının təşkili, səsli kitabların və elektron kitabxananın yaradılması, sosial çağrı mərkəzinin istifadəyə verilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulur.
2019-2021-ci illəri əhatə edəcək layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Dövlət Statistika Komitəsi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və "Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.