Ukraynada Pasxadan sonra yoluxma sayı artır
21.04.2020
Ukraynada Pasxa bayramından sonra koronavirusa yoluxanların sayı artır. DM ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada ölkədə 415 nəfər koronavirusa yoluxub. Bununla da Ukraynada koronavirusa tutulanların sayı 6125 nəfərə çatıb.
Son sutkada koronavirusdan 10 nəfər ölüb. Bu xəstəlikdən ölənlərin sayı 161 nəfərə çatıb. Ölənlərin 85 faizində şəkərli diabet, ürək-damar və böyrək çatışmazlığı kimi xəstəliklər olub. 367 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.