Xəzər rayonunda yanğın olub
20.04.2020
Xəzər rayonunda ümumi sahəsi 120 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində evin birinci mərtəbəsində 1 otaq yanıb. Yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 40 kvadratmetr sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.