Gürcüstanda yoluxma sayı 400 nəfərə çatıb
20.04.2020
Gürcüstanda koronavirusa yoluxma halı artıb. Son 24 saat ərzində daha 11 nəfər COVID-19 virusuna yoluxub.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi stopcov.ge saytında bildirilir.
Məlumatda bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 399-a çatıb. Onların 93-ü sağalıb, 4-ü ölüb. Daha 3 Gürcüstan vətəndaşı müalicə üçün xarici ölkələrdən Tbilisiyə gətirilib.
Hazırda karantində 4782, stasionar nəzarətdə isə 503 nəfər saxlanılır.