10 (11) maraqlı fakt - OXUYUN, maraqlıdır!
17.04.2020
Psixologiya kitablarından seçilmiş 10 maraqlı fakt
1. Xeyirxahlığa cavab və ya Bencamin Franklin effekti
Tarixdə belə bir əhvalat məlumdur ki, bir dəfə Bencamin Franklin onu çox da sevməyən bir insanı fəth etməyə çalışırmış. Bu insan isə bir nadir kitab axtarışında imiş, taleyin qismətindən həmin kitabdan Franklində var imiş. Bencamin bu haqda öyrənir və kitabı bir müddətlik həmin insana verir. Kitab yenidən öz sahibinə qayıdanda Bencamin sadəcə həmin şəxsə təşəkkür edir və bunun sayəsində onlar yaxşı dosta çevrilirlər.
Bencamin Franklin həmişə deyərdi: "Bir dəfə yaxşılıq etdiyiniz insan, sizə həmişə daha böyük yaxşılıqla cavab verməyə hazırdır”.
2. Əldə etmək istədiyinizdən, daha çox şey istəyin
Bu effekt olduqca sadədir və bazardakı alış-verişə (qiymət salma prosesinə) oxşayır. Effekt demək olar ki, həmişə işə yarayır. "Əgər siz həmin insana lazımsınızsa, öz tələblərinizi yüksəltməlisiniz. Əvvəlcə siz çox güman ki, imtina cavabı alacaqsınız. Bu zaman müqavimət göstərməyin, sadəcə vaxt verin. 95% təqdirdə sizinlə bağlı marağı olan tərəf özü hay verəcək və sizin istədiyinizdən cüzi dərəcədə az bir təklif irəli sürəcək. Amma əmin olun ki, bu sizin öncədən güman etdiyinizdən daha çox olacaq.
3. Məcburi kömək etmək
Yuxarıda təsvir olunan üsula bənzərdir. İnsanın özünün könüllü şəkildə, istəyərək sizə kömək etməsi üçün bu üsuldan istifadə edə bilərsiniz. Sizə imtina edəcəyini bildiyiniz halda (elə bir iş ki, onun bunu etməsi heç cürə alınmaz və ya imkanı yoxdur) ondan nəsə xahiş edin. O sizə bir dəfə imtina etdiyinə görə haradasa özünü sizə borclu hesab edəcək. Özünün günahkar hiss etməsin deyə (axı vicdan əzabı insan əziyyət verir) o, özü sizə bir neçə dəfə kömək təklifi ilə müraciət edəcək.
4. İnsanın ismi sehrli söz rolunu oynayır
"Necə dost qazanmaq və insanlara təsir göstərmək” kitabının müəllifi Deyl Karnegi hesab edir ki, danışıq zamanı kiminsə adından istifadə etmək olduqca güclü arqumentdir. İnsanın adı onun üçün ən xoş səsdir. Onun adını müsbət məzmunlu situasiyada işləməklə siz onu gözlərində əhəmiyyətli dərəcədə yüksəlmiş olursunuz.
5. Hər yerdə yaltaqlıq
Yaltaqlıq hər yerdə vardır. İlk öncə başa düşmək lazımdır ki, heç də həmişə yaltaqlanmaq olmaz və ümumiyyətlə insanlara tərifi elə demək lazımdır ki, o təbii alınsın, əks halda yaltaqlığın xeyri ziyanından çoxdur. Əgər siz özünü qiymətləndirmə hissi yüksək olan insana tərif deyirsinizsə, ondan sizin uğur qazanmaq şansınız daha çoxdur. Özünü qiymətləndirmə hissi aşağı olan insanlar isə istənilən müsbət qiymətləndirmədə hiyləgərlik və yalançılıq görürlər, insanların onu aldatdığını düşünülər.
6. Güzgü effekti
Əgər insanın xoşuna gəlmək istəyirsinizsə, onu təqlid edin. Belə keyfiyyətləri olan insanlar ictimai xamelyon hesab olunur, kənardan onların daima necə dəyişdiyi, hər bir kəsə ayrılıqda uyğunlaşaraq necə şəkildən-şəklə düşdükləri aydın görünür. Lakin nəzərə alın ki bu xüsusiyyətin müəyyən qədər inkişaf etdirilməyə ehtiyacı var. Həm də siz hansı insanları təqlid etməyi və ya kimi özünüzə cəzb etməyi yaxşı bilməlisiniz.
Aktyor və parodiya ustalarının işləri də bu prinsipə əsaslanır. TV ekranlarında parodiyalarını izlədiyimiz bütün məşhurlar onları parodiya edən şəxslərə bu və ya digər dərəcədə rəğbət hissi bəsləyirlər. Adətən onlar həmin aktyorların yaxın dostlarına çevrilirlər.
7. Yorğun insandan mərhəmət istəyin
İnsan yorğun olanda o, xahişlərə qarşı daha diqqətli və həssas davranır. Bunun əsas səbəbi odur ki, yorğun olarkən insan, təkcə fiziki deyil, həm də zehni (psixoloji), yorğunluq yaşayır. Əgər rəhbəriniz yorğundursa, onda onun sizə işinizi sabah sona çatdırmağa icazə verməsi daha real və asandır. Sizə işi sabah sona çatdırmağa icazə verəcəklər, amma siz o tapşırığı mütləq və olduqca keyfiyyətlə tamamlamalısınız. Bu sizə müdiriniz gözündə bir az da hörmət qazandıracaq. Axı siz sözünüzün üstündə durmusunuz.
8. Az-az istəməyə başlayın
Siz ilk öncə çox xırda bir şeylər istəyir və bununla insanların etibar kreditini əldə etmiş olacaqsınız. Məhz bu prinsip əsasında insanlar sosial hərəkatlardan asılı vəziyyətə düşürlər. Məsələn , ilk öncə sizdən sadəcə meşənin qırılmasın qarşı keçirilən aksiyanı dəstəkləməyi xahiş edirlər. Siz getdikdə daha çox-daha çox dəstək göstərirsiniz. Çox xırda bir işdir, amma siz bunu etməyə razılaşdıqca, getdikcə daha çox şeyə hazır olursunuz. Siz artıq uzaq Tanzaniyada da meşə qırılmasının əleyhinə çıxmağa və yaşıllar partiyasına daxil olub, ödənişlər etməyə hazırsınız.
9. Səhv olanda insanların səhvini düzəltməyin
Karnegi həmçinin öz məşhur kitabında yazırdı, insanın aydın səhvini onun üzünə çırpmaq lazım deyil, yəni dərhal onu eşitdiyiniz anda. Əgər insanın nəzər nöqtəsini dəyişməyə çalışırsınızsa, onda bu məsələyə ehmalca yanaşın. Hətta qarşınızda özündən başqa, kimi gəldi öz səhvlərində günahkar bilən, uğursuz, bəxtsiz bir insan dayansa belə, bunu onun üzünə deməyə gərək yoxdur. Həmin anda onunla razılaşın və zaman ötdükcə onun baxış tərzini dəyişməyə çalışın. Ya da siz onun bir nömrəli düşməninə çevrilmək riski ilə üzləşirsiniz.
10. İnsanların fikir və sözlərini təkrarlayın
Bu prinsip "xamelyon” prinsipinə bənzəyir, yəni insan ünsiyyət qurmaqda maraqlı olduğu şəxsin hərəkətlərini mimika və jestlər vasitəsi ilə təkrarlayır, həmçinin də sözlər əks-səda təsiri bağışlayanda qulağa xoş gəlir. İnsanın artıq dediyi sözü tələffüz etmək lazımdır, yəni onun öz beynində artıq fikirləşdiyi sözü demək lazımdır.
VƏ ... qoy 11. (olsun) Başını aşağı əymək
Alimlər müəyyən etmişlər ki, insanlar kiməsə qulaq asarkən başını aşağı əyərlərsə, çox güman ki bu razılıq əlamətidir və onun dediyi fikirlə razılaşacaqlar. Onlar həmçinin müəyyən ediblər ki, insanın qarşısında baş əysən onda istər-istəməz səni təqlid etməyə başlayacaq (qeyri-iradi şəkildə). Bununla da siz arada-bir baş əyməklə dinləyicinizin razılığını əldə edə bilərsiniz. Axı bəşər övladı həmişə kimisə imitasiya edir.