Moldovada koronavirusdan ölənlərin sayı artır
17.04.2020
Moldovada son sutkada 9 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 55-ə çatıb.
AZƏRTAC Moldova Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə bu virusa tutulanların sayı 2000-ə yaxındır, onlardan 143 xəstənin vəziyyəti ağır qiymətləndirilir. Koronavirusa yoluxma faktı ən çox paytaxt Kişineudadır – 600 nəfərə yaxın. Müalicə alaraq evə buraxılan pasiyentlərin sayı isə 276 nəfərdir.
Ümumilikdə koronavirusla bağlı 9848 test həyata keçirilib.