Britaniyada yoluxma sayı - 100 mini keçdi
16.04.2020
Böyük Britaniya yeni koronavirusa yoluxanların sayının 100 mini keçdiyi altıncı ölkə olub.
Böyük Britaniyanın Səhiyyə Nazirliyi xəbər verir ki, ölkədə COVID-19 xəstəliyindən həyatını itirənlərin sayı 13 min 729 nəfərə çatıb.
Böyük Britaniyadan başqa, ABŞ, İspaniya, İtaliya, Fransa və Almaniyada da 100 mindən çox yoluxma halı qeydə alınıb.
Son sutka ərzində ölkədə 861 nəfər COVID-19 xəstəliyindən həyatını itirib. Britaniya hökumətinin elmi müşaviri Patrik Vallans bir müddət öncə bu həftə koronavirusa yoluxanlar arasında ölüm hallarının arta biləcəyi barədə xəbərdarlıq etmişdi.