Argentina futbolsuz qalıb
16.04.2020
Argentinanın idman naziri Matias Lemmens bildirib ki, COVID-19 pandemiyasına görə martın 20-dən elan edilmiş məcburi karantin rejimindən ən sonda çıxacaq tədbirlərdən biri futbol olacaq.
Argentina hökuməti martın 17-də, yəni məcburi karantinin başlanmasından üç gün əvvəl bütün futbol yarışlarının dayandırılmasını elan edib.
Keçən həftə hökumət koronavirus pandemiyası nəticəsində maliyyə çətinlikləri ilə qarşılaşan şirkətlərə və klublara yardım tədbirləri təklif edib.
Matias Lemmens deyib: "İnamla proqnoz vermək çətindir, amma mən hesab edirəm ki, biz mayın sonuna kimi futbolsuz qalacağıq”.
Argentinada COVID-19-a görə karantin müddəti aprelin 26-sına qədər uzadılıb.
Argentina Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusdan 112 nəfər ölüb, 2571 adam koronavirusa yoluxub, 596 insan sağalıb.