Azərbaycanda karantin ləğvi olunacaqmı?
15.04.2020
Azərbaycanda karantin rejiminin tədricən ləğvi üçün tədbirlər hazırlanır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 15-də keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O deyib ki, karantin rejiminin tam aradan qaldırılması halında yenidən kütləvi yoluxmalar baş verə bilər: "Karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Bununla əlaqədar xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq”.