Xaricdə olanlar Azərbaycana qayıda biləcəklər +VİDEO
15.04.2020
Xaricdə olan vətəndaşlarımız aprelin 20-dən sonra Azərbaycana gələ biləcəklər.
Bunu aprelin 15-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O deyib: "Karantin yerlərimiz dolduğu üçün sərhədlər bağlandı. Aprelin 20-dən sonra xaricdən həftədə 300-400 nəfər qəbul etmək imkanı yaradılacaq. Əsasən Rusiyadan gələnlər gözlənilir. Bunun üçün ayın 17-dən "Evə gedirəm” portalı fəaliyyətə başlayacaq. Rusiyadan gəlmək istəyənlər bu portaldan qeydiyyatdan keçə bilərlər. Aprelin 20-dən sonra bu prosesə başlanacaq. Bundan sonra, Türkiyə və digər ölkələrdən də tədricən vətəndaşlar ölkəyə gətirilə bilər. Gətirilən şəxslər 14-21 gün müddətinə karantində saxlanılacaq".