Rusiyada yoluxma 3 388 nəfər artıb
15.04.2020
Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı bir gündə 3 388 nəfər artıb.
Hazırda ölkədə 24 490 COVID-19 xəstəsi var. Rusiyanın Altay Respublikasından başqa bütün digər 84 regionunda virusa yoluxma aşkar edilib. Sutka ərzində 292, bütün dövr ərzində 1 986 nəfər sağalıb. Ötən gün 28 nəfər ölüb. Cəmi Rusiyada koronavirus infeksiyasından 198 xəstə vəfat edib.
Moskvada yeni yoluxanların sayı 1 774 nəfər, gün ərzində ölənlərin sayı isə 11 nəfərdir. Cəmi Rusiya paytaxtında 14 776 yoluxma halı qeydə alınıb.