21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Neftin qiyməti son 18 ilin minimumuna enib

15.04.2020

Dünya birjalarında xam neftin qiyməti son 18 ilin minimumuna düşüb.

Buna səbəb Beynəlxalq Enerji Agentliyinin (IEA) "OPEC+” üzrə neft hasilatının azaldılmasına dair tarixi razılaşmaya baxmayaraq, cari ildə tələbatın rekord səviyyədə azalacağını açıqlamasıdır. Belə ki, "Light” markalı neftin qiyməti 2002-ci ildən bəri ən aşağı səviyyəyə enib. Hazırda "Light” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 19,54 dollara satılır. "Brent”in bir barreli isə Londonun ICE birjasında 28,34 dollara alıcı axtarır.

Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub.