21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyədə ölənlərin sayı 1403 nəfərə çatıb

15.04.2020

Bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 107 nəfərin həyatına son qoyub. Bununla da, ölkə üzrə bu xəstəlikdən dünyasını dəyişənlərin ümumi sayı 1403 nəfərə çatıb.
Bu barədə son rəqəmləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi komitəsinin virusla mübarizəyə dair yekun iclasından sonra açıqlayıb.

Nazir bildirib ki, aprelin 14-də ölkə üzrə 33 min 70 nəfər üzərində test aparılıb. Onlardan 4062 nəfərdə infeksiya aşkarlanıb.

İndiyədək testdən keçirilənlərin ümumi sayı 443 min 626 nəfərə çatıb. Ümumilikdə, 65 min 111 nəfər müalicəyə cəlb olunub. Hazırda 1809 nəfər reanimasiyadadır. Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 1087 nəfərdir. İndiyədək 4799 nəfərin müalicəsi uğurlu olub. Onların 842 nəfəri aprelin 14-də evə buraxılıb.

COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün Türkiyədə tətbiq edilən metodlar barədə məlumat verən nazir bildirib ki, yeni yoluxma aşkarlanan kimi infeksiya daşıyıcısının son günlər ünsiyyətdə olduğu, o cümlədən evdə və ya işdə ünsiyyət saxladığı şəxslər testdən keçirilir. Bu prosesi həyata keçirən üç nəfərlik mobil qruplar fəaliyyət göstərir.

F.Koca bildirib ki, Türkiyədə yoluxmaların aşkarlanması, yoluxanların müalicəyə cəlb edilməsi, yeni xəstələrin ünsiyyət dairələrinin yoxlanılması, onların təmasda olduqları insanların karantinə alınması, ehtiyat karantin və müalicə mərkəzlərinin yaradılması, eləcə də xəstələrin müalicəsi məsələsində uğurlu nəticələr vardır.

Qeyd edək ki, hökumət infeksiyanın yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görməkdədir. Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, aprelin 17-də yerli vaxtla 00:00-dan aprelin 19-u saat 00:00-dək Ankara, İstanbul, İzmir kimi böyük şəhərlər daxil olmaqla 31 vilayət üzə yenidən komendant saatı tətbiq olunacaq.