Belarusda vəziyyət ağırlaşır
15.04.2020
Belarusda koronavirusdan ölənlərin sayı 33-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 3281 nəfərdir.
Məlumata görə, koronavirus səbəbindən ölən şəxslərdə xroniki xəstəliklər mövcud olub.
Qeyd edək ki, indiyədək Belarusda koronavirusla bağlı 72 minə yaxın test aparılıb.