ABŞ Ankaraya “S-400”ün alternativini təklif etdi
25.05.2018
ABŞ Türkiyəyə Rusiyadan almağa çalışdığı "S-400” zenit-raket komplekslərinin alternativini təklif edib.
"Dövran Media" xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
"Əlbəttə ki, Türkiyənin tutduğu bu siyasi kurs düzgün deyil. Onlar "S-400” alsalar bizimlə onların arasında, Türkiyə ilə NATO-nun arasında çoxlu problemlər ortaya çıxacaq.
Biz onlara diplomatik təzyiqlər göstəririk, həmçinin həmin silahlara alternativlər təklif edirik”,- deyə Pompeo ABŞ Senatındakı dinləmələrdə etdiyi çıxışda vurğulayıb.
Pompeo Ankranın atacağı addımların NATO hədəflərinə uyğun olacağına ümidvar olduğunu ifadə edib.
Xatırladaq ki, ötən ilin dekabr ayında Ankarada "S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında kredit müqaviləsi bağlanıb.
Türkiyə Müdafiə Sənayesi Katibliyinin bəyanatına əsasən, Ankara bu kompleksin türkiyəli şəxsi heyətin sərəncamında olacaq iki batareyasını alacaq.