Gürcüstanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılacaq
14.04.2020
Gürcüstanda fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-dək uzatmaq lazımdır.
Bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ölkə Prezidenti bununla əlaqədar yaxın günlərdə Parlamentə müraciət etməlidir.
Baş Nazir deyib: "Fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar tez qəbul olunmalıdır. Biz bu yolla koronavirusun yayılma coğrafiyasının və sürətinin azalmasına nail ola bilərik”.