Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.
Mərkəzdən verilən məlumata görə, videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətində fəaliyyətinə dəstək olunması, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsi və vətəndaşların evdə qalmasının vacibliyi xüsusi vurğulanır.