“WhatsApp”da yeni sistem boşluğu aşkarlandı
25.05.2018
"WhatsApp” istifadəçiləri abonentlərə qara siyahıdan çıxmağa icazə verən boşluq tapıblar.
"Dövran Media"nın xəbərinə görə, istifadəçilər bu barədə "Twitter”də şikayətləniblər.
Boşluqdan istifadə edən abonentlər qara siyahıda olmalarına baxmayaraq, ismarıc göndərə və statusları oxuya bilirlər.
Problem həm İOS, həm də Android tipli qurğularda aşkarlanıb.
"WhatsApp” şirkətinin rəsmiləri məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.