21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İranda ölüm halları artıb

13.04.2020


Son 24 saat ərzində İranda koronavirusdan 111 nəfər ölüb. Bununla da COVID19-dan bu ölkədə ölənlərin ümumi sayı 4 min 585 nəfərə, yoluxanların sayı isə 73 min 303 nəfərə çatıb.

Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat kaibi Kiyanuş Cahanpur verib. O bildirib ki, xüsusi xəstəxanalarda müalicə alan 45 min 983 nəfər sağalaraq evə buraxılıb.

Aprelin 11-dən başlayaraq İranda karantin şərtləri yumşaldılıb. Lakin Səhiyyə Nazirliyi əhaliyə diqqətli olmağa və sosial məsafə saxlamağa çağırıb.