03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“OPEC+” razılaşması

13.04.2020

Səudiyyə Ərəbistanının Energetika Əbdüləziz bin Salman deyib ki, "OPEC+” koalisiyasının neft hasilatını gündəlik 9,7 milyon barrel azaltması ilə yanaşı, gələn ay ölkəsi, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə apreldə qlobal neft bazarına çıxarılan artıq həcmdə nefti də kompensasiya edəcək. Nazir əldə olunan razılaşmanı tarixi addım və tarixi sənəd adlandırıb.

AZƏRTAC xəbər verir ki, BƏƏ-nin Enerji naziri Süheyl Əl-Məzruyi isə gələn ay ölkəsinin sutkalıq neft istehsalını 4,1 milyon barrel həcmində azaldacağını bəyan edib. Küveytin Neft naziri Xalid Əl-Fədhəl də may və iyun aylarında gündəlik hasilatın 410 min barrelədək azaldılacağını bildirib.

Qeyd edək ki, mayın 1-dən qlobal neft hasilatı 10 faiz azaldılacaq. Hazırda isə dünyada neftə olan tələbat 20 faiz aşağı düşüb. Səudiyyə Ərəbistanının "Saudi Aramco” şirkəti aprelin 14-də xam neftin rəsmi satış qiymətini açıqlayacaq. Krallıq "OPEC+” alyansının qərarı çərçivəsində hasilatı 23 faiz azaltmağı öhdəsinə götürüb.