21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İkinci vaksinin sınağına icazə verilıb

13.04.2020


Çinin hakimiyyət orqanları yeni növ koronavirusa qarşı ikinci vaksinin klinik sınağına sanksiya verib.

Xarici KİV-lər xəbər verir ki, bu peyvənd ölkədə klinik sınaq mərhələsinə keçən ikinci, dünyada isə üçüncü vaksindir. Tədqiqatlar sağalam insanlar üçün peyvəndin təhlükəsizliyi və immunogenliyinin qiymətləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, martın 16-da ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) yerləşən "Kaiser Permanente Washington Health Research” tədqiqat institutunda koronavirusa qarşı eksperimental vaksinin insanlar üzərində ilk sınaqları başlayıb. Vaksinin prototipi ABŞ Səhiyyə Nazirliyinin milli institutları və Massaçusets ştatında yerləşən "Moderna” biotexnoloji kompaniyası tərəfindən hazırlanıb.

Martın 17-də isə Çin hakimiyyəti ölkədə COVID-19 əleyhinə ilk peyvəndin klinik sınaqlarına icazə verib.