Türkiyədə ölü sayı - 1198 oldu
12.04.2020
Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 97 nəfərin həyatına son qoyub. Bununla da ölkədə dünyasını dəyişənlərin ümumi sayı 1198 nəfərə çatıb. Aprelin 12-də ümumilikdə 481 virus daşıyıcısı sağalıb.
Bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, 4789 nəfərdə infeksiya aşkarlanıb. Bu gün yoxlanılanların sayı ötən günkü ilə müqayisədə 2 min 550 nəfər çox, xəstə çıxanlar isə 379 nəfər azdır.
Beləliklə, indiyədək testdən keçirilənlərin ümumi sayı 376 min 100 nəfərə çatıb. Ümumilikdə 56 min 956 nəfər müalicəyə cəlb olunub. Hazırda 1665 nəfər reanimasiyadadır. İndiyə qədər 3446 nəfərin müalicəsi uğurlu olub. Son günlər orta hesabla gündəlik sağalanlar dünyasını dəyişənlərdən təxminən 5-6 dəfə çox olur.