03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Saxta jurnalist sənədi hazırladı. TUTULDU

11.04.2020


Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, şəhər sakini Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, "Gəncənin Səsi” qəzetində işlədiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, üzərində gəzdirdiyi, həmin müəssisənin əməkdaşı kimi işlədiyinə dair yazılar olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib. T.Abbasov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün bu yola əl atdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.