03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə: ölü sayı 812

09.04.2020

Yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 87 nəfərin həyatına son qoyub. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 812 nəfərə çatıb.

Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, aprelin 8-də ölkə üzrə 24 min 900 nəfər xüsusi tibbi yoxlamadan keçirilib. Onlardan 4117 nəfərində infeksiya aşkarlanıb. İndiyədək testdən keçirilənlərin sayı 247 min 768 nəfərə çatıb. Onlardan 38 min 226 nəfəri müalicəyə cəlb olunub. Hazırda 1492 nəfər reanimasiyadadır. İndiyə qədər 1846 nəfərin müalicəsi uğurlu olub. Bu gün 264 nəfər tam sağalaraq xəstəxanaları tərk edib.
Türkiyədə hər gün sağalan xəstələrin ümumi sayı vəfat edənlərdən təxminən 3 dəfə çoxdur. Ölkədə koronavirusdan ilk ölüm halı martın 17-da qeydə alınıb. Həmin tarixdən bu günə qədər yoluxma və ölüm hallarında azalma yoxdur.