Böyük Britaniyada ölənlərin sayı 7 mini otdü
08.04.2020
Böyük Britaniyada koronavirusa yoluxanların sayı 60 min nəfəri, ölənlərin sayı isə 7 min nəfəri ötüb.
Dünya Səhiyyə Təşkilatının saytı xəbər verir ki, Böyük Britaniyada yeni koronavirusa son sutka ərzində 5 min 491 nəfər yoluxub, 938 nəfər isə COVID-19 xəstəliyi səbəbindən həyatını itirib. Beləliklə, Birləşmiş Krallıqda virusa yoluxanların sayı 60 min 733 nəfərə, ölənlərin sayı isə 7 min 97 nəfərə çatıb. Ölkənin Baş naziri Boris Conson iki gündür bu xəstəlikdən reanimasiyada müalicə alır.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə saat 21:00-a olan məlumata əsasən, artıq dünyada 1 milyon 478 mindən çox yoluxma və 86 min 744 ölüm faktı qeydə alınıb.