İbrahim Məmmədov: Karantin rejiminin müddəti uzadıla bilər
08.04.2020
Ölkəmizdə karantin rejiminin müddəti uzadıla, hətta qaydalar sərtləşdirilə bilər.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
"Statistika göstərir ki, əksər vətəndaşlar karantin rejiminin qaydalarına əməl etmirlər. Əgər yoluxanların sayı artsa və vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla, hətta qaydalar sərtləşdirilə bilər.
Təəssüf ki, bəzən qaydaları pozanlar arasında savadlı şəxslər də olur. Əgər vətəndaşlar qaydalara əməl etsələr, yoluxmanın sürəti azalar, sağalanların isə sayı artar", - deyə İ.Məmmədov diqqətə çatdırıb.