21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ruhani: BVF ayrı-seçkilik yaratmamalıdır

08.04.2020

Beynəlxalq Valyuta Fondu (BVF) dövlətlər arasında ayrı-seçkilik yaratmamalı və üzərinə düşən işi yerinə yetirməlidir.
Bu sözləri İran Prezidenti Həsən Ruhani nazirlər şurasının iclasında deyib. O bildirib ki, İran IMF-nin və Dünya Bankının üzvüdür, üzərinə düşən öhdəliyi yerinə yetirərək üzvlük haqqını vaxtında ödəyir. Ona görə də, İranın IMF-dən 5 milyard dollar kredit istəməsi təəccüblü deyil və fond bu pulu verməlidir.

Qeyd edək ki, İran martın 30-da koronavirusla mübarizə üçün Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar kredit istəmişdr. Lakin IMF-də müxtəlif dövlətlərin kredit müraciətinə baxılması üçün iclasa İranın təmsilçisi dəvət olunmadı ki, bu da rəsmi Tehranın etirazına səbəb olub. Bundan başqa ABŞ Prezidentinin İran üzrə nümayəndəsi Brayn Xuk bəyan edib ki, Vaşinqton Beynəlxalq Valyuta Fondunun qərarına qarşı çıxacaq və İranın 5 milyard kredit almasına imkan verməyəcək. O qeyd edib ki, İran bu pulları koronavirusa qarşı mübarizə istiqamətində deyil, Yaxın Şərqdəki siyasətinə xərcləyərək oradakı silahlı qruplaşmaları dəstəkləyəcək.

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bu iddiaları rədd edərək bildirib ki, İranın ABŞ Prezidentinin humanistliyinə ehtiyacı yoxdur. İran çox zəngin bir ölkədir, sadəcə olaraq bizə neftimizi və başqa məhsullarımızı satmağa imkan verilmir.

Nazir diqqətə çatdırıb ki, Beynəlxalq Valyuta Fondu İrana kredit verməkdən imtina edə bilməz.

Hələlik IMF İran ilə əlaqədar qərarını açıqlamayıb.