Türkiyə “immun plazma”-nın tətbiqinə başlayır
07.04.2020
Türkiyədə COVID-19 virusuna yoluxan xəstələrin müalicəsində "immun plazma” üsulunun tətbiqinə başlanılıb. Bunun üçün ölkənin Qızıl Aypara Cəmiyyəti tərəfindən hər gün 750 donordan plazma alınması planlaşdırılır.
Bu barədə cəmiyyətin rəhbəri Kerem Kınık bildirib.
Bütün vətəndaşları qan verməyə çağıran K.Kınık donorların həftədə bir dəfə, ümumilikdə isə üç dəfə plazma bağışlayaraq altı yeni növ koronavirus xəstəsi üçün ümid ola biləcəyini deyib.