Moskvada HƏYƏCAN: 3 nəfər girov götürüldü
24.05.2018
Rusiyanın paytaxtı Moskvanın şərqində mənzillərdən birində baş verən şəxsi münaqişədən sonra girovluqda saxlanılan şəxslərdən biri ölüb.
"Dövran Media" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, cinayətkar əvvəlcə tavana atəş açıb. Girovluqdan saxlanılan 3 nəfərin həmin cinayətkarla bir evdə yaşadığı deyilib.
NTV telekanalının yaydığı məlumatda isə hadisəni 57 yaşlı Aleksandr Borovoy adlı rəssamın törətdiyi bildirilir.