Şanlıurfa vilayətində kütləvi yoluxma
06.04.2020
Bütün dünyanı sürətlə cənginə alan ölümcül koronavirus (COVID-19) infeksiyası Türkiyədə də yayılmaqda davam edir.
Türkiyə KİV-ləri xəbər verir ki, Şanlıurfa vilayətində kütləvi yoluxma faktı aşkarlanıb. Vilayətin mərkəzi Şanlıurfa şəhərinin 4 məhəlləsinə 4 çoxmərtəbəli binaya giriş-çıxış bağlanıb. Bildirilir ki, burada təxminən 3 min nəfər karantinə alınıb. Şəhərdə geniş dezinfeksiya işlərinə və insanların koronavirusla bağlı müayinələrinə başlanılıb.