Tramp Şimali Koreya lideri ilə görüşəsi olmadı
24.05.2018
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə görüşdən imtina edib
"Dövran Media"nın xəbərinə görə, bu barədə D. Tramp K. Çen Ina göndərdiyi məktubunda bildirib. "Təəssüf ki, sizin son bəyanatınızda nümayiş etdirilən böyük qəzəb və açıq düşmənçiliyə əsaslanaraq, mən hesab edirəm ki, hazırda çoxdan planlaşdırılan bu görüşü keçirmək məqsədəuyğun deyil", - deyə məktubda qeyd olunub.
Qeyd edək ki, görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı.