Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağıran xüsusi videoçarx hazırlayıb.
FHN-in saytı xəbər verir ki, videomaterialda ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kompleks tədbirlərin həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, məlum olduğu kimi, bu tədbirlər çərçivəsində aprel ayının 20-dək ölkədə xüsusi karantin rejimi tətbiq edilir.
"Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq”, - deyə videoçarxda qeyd olunur.