21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tabutunda nadir rəsmlər aşkarlanıb

05.04.2020

Şotlandiyalı alimlər 3 min il yaşı olan Qədim Misir mumiyasının tabutunda nadir rəsmlər aşkar ediblər.
"Takerheb" adlanan mumiyanın tanrı Amonun şəhəri olan Thebes nekropolundan 100 il əvvəl İngiltərəyə gətirildiyi bildirilir. Onun Thebe şahzadələrindən birinə aid olduğu ehtimal olunur.

Arxeoloqlar tabutun içərisində Qədim Misir tanrılarının rəsmlərini tapıblar. Bu rəsmlər arasında ən nadir olanı isə "Amentet" ("Şərq qadını") adlanan tanrıçanın təsviridir. Şotland alim Mark Hall bildirib ki, indiyədək tabutda - mumiyanın altında bu cür maraqlı rəsmlərin olduğu heç kimin ağlına gəlməyib. Onun sözlərinə görə, bu tapıntı Qədim Misirin e.ə. VIII-VII əsrdə tarixinin tədqiqinə də töhfə olacaq.

Tabutun içində "Amentet"in qırmızı libasda təsviri göstərir ki, qədim misirlilər ona səcdə edirmişlər. Misirdən Britaniyaya aparılan mumiya 1936-cı ildə Alloa Təbiətşünaslıq və Arxeologiya Cəmiyyəti tərəfindən Şotlandiyadakı Perts Muzeyinə hədiyyə edilib. 2013-cü ildə onu Mançester Kral Xəstəxanasına aparıblar və orada "X-Ray" vasitəsilə tədqiq ediblər. Radioqrafiya nəticəsində məlum olub ki, mumiyanın bir çox hissələri ciddi deformasiyaya uğrayıb.