21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu gün İranda 2 min yoluxma olub

04.04.2020

Son 24 saat ərzində İranda koronavirusa 2560 nəfər yoluxub. Bununla da ölkədə yoluxanların sayı 55 min 743 nəfərə, ölənlərin sayı isə 3452 nəfərə çatıb.
Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib.

O bildirib ki, xüsusi xəstəxanalarda müalicə alaraq sağalanların sayı 19 min 736 nəfərdir. K.Cahanpur bildirib ki, İranda 69 milyon insan testdən keçirilib.

Qum şəhərinin Furkani xəstəxanasında koronavirusa yoluxan 106 yaşlı kişi sağalaraq evə buraxılıb. Xəstəxanaya daxil olarkən vəziyyəti ağır olan 106 yaşlı kişi 14 gündən sonra virusa qalib gəlib. Həkimlər bildirib ki, onun sağalmasına ümid yox idi. Lakin onun orqanizmi virusa qalib gəldi.

Ötən həftə isə Simnan şəhərinin xəstəxanasında 103 yaşlı qadın da sağalaraq evə buraxılıb. Simnan Tibb Universitetinin rektoru professor Nəvid Dənayi bildirib ki, İranda yaşlı insanların immun sistemi gənclərin immun sistemindən daha güclüdür. Rektor bunun səbəbinin ekologiyadan və qidalardan asılı olduğunu bildirib.

Avropa İttifaqının üzv dövlətlərin Xarici İşlər nazirləri ABŞ-a müraciət edərək koronavirusun yayıldığı dövr ərzində İrana, Suriyaya, Rusiyaya, Venesuelaya, Çinə, Kuba və Nikaraquaya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıblar.