591 yoluxma, 9 ölü
04.04.2020
Moldovada koronavirusa yoluxanların sayı 591 nəfərdir.
Moldova Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, koronavirusa yoluxma faktı ən çox Kişineudadır. Paytaxt sakinlərindən 232 nəfər koronavirusa yoluxub.
Aprelin 4-ü səhər daha bir nəfər, 79 yaşlı kişi koronavirusdan dünyasını dəyişib. Bununla da Moldovada koronavirusdan ölənlərin sayı 9 nəfərə çatıb, müalicə alaraq evə buraxılan pasiyentlərin sayı isə 27 nəfərə çatıb.