Türkiyədə ölü sayı 425 nəfərə çatıb
03.04.2020
Bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) Türkiyədə daha 69 nəfərin həyatına son qoyub. Bununla infeksiyadan dünyasını dəyişənlərin ümumi sayı 425 nəfərə çatıb.
Bu barədə son rəqəmləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb. Virusun yayılmasının qarşısının alınması üçün əhalinin verilən təlimatlara şərtsiz əməl etməli olduqlarını xatırladan nazir deyib ki, vəfat edənlər 51 vilayəti əhatə edən vətəndaşlardır. Bu gün 16 min 160 nəfər üzərində müayinə aparılıb. Onlardan 2 min 786 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə infeksiyadan müalicəyə qaldıranların sayı 20 min 921 nəfərə çatıb. Onlardan 1251 şəxsin vəziyyəti ağırdır. İndiyə qədər 484 nəfərin müalicəsi müsbət nəticə verib. Ölkə üzrə cəmi 141 min 716 nəfər infeksiya testindən keçirilib.
Türkiyədə infeksiya daşıyanların digərlərini yoluxdurma dinamikasının yüksək olduğunu diqqətə çatdıran nazir bu xəstəliyin müalicə üsullarındakı yeniliklər, infeksiyanın yayılmasının qarşısını almaq üçün tətbiq olunan qadağaların prosesə təsiri və s. məqamlar barədə ictimaiyyəti məlumatlandırıb.