21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

BOK prezidenti onlayn müzakirələr aparıb

03.04.2020

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax öz görüşlərini telekonfrans vasitəsilə həyata keçirir.
BOK-un saytı xəbər verir ki, qurumun prezidenti bir sıra mühüm şəxslərlə məsələləri artıq onlayn formada müzakirə edir.

Qeyd olunur ki, son günlərdə BOK-un prezidenti telekonfrans vasitəsilə Olimpiya Oyunlarının icraçı direktoru Kristof Dabi, idman direktoru Kit Makkonnel, Milli Olimpiya Komitələri (MOK) ilə əlaqələr və Olimpiya Həmrəyliyi Proqramının direktoru Ceyms Makleod, eləcə də BOK-un marketinq və televiziya xidmətləri üzrə direktoru Timo Lumme ilə müxtəlif mövzuları müzakirə ediblər.

Həmçinin Tomas Bax media nümayəndələrinin koronavirus (COVID-19) pandemiyası səbəbindən "Tokio-2020” Yay Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı ona ünvanlandığı sualları onlayn cavablandırıb.