Evdən çıxışa sənəd hazırlanır
02.04.2020
Vətəndaşların karantin rejimində evdən çıxması üçün sənəd hazırlanır. Yaxın vaxtlarda həmin sənəd hazırlanacaq və ictimaiyyətə açıqlanacaq.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, sənəddə vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydaları və nəzarət mexanizmi göstəriləcək.