Türkiyə və Rusiya prezidentləri telefonla danışıblar
02.04.2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Prezidentlər Suriya və İdlibdəki vəziyyətə bağlı iki ölkə arasında razılaşıdırlan məsələləri müzakirə ediblər. Bundan başqa, dövlət başçıları bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə dair qarşılıqlı məlumat mübadiləsi aparıblar.