Fransada “Resilience” hərbi əməliyyatı
01.04.2020
Fransada COVID-19 epidemiyasına qarşı mübarizəyə hərbçilər də cəlb olunub və martın 25-dən "Resilience” (Müddətli müqavimət) hərbi əməliyyatı aparılır.
Fransada epidemiyaya qarşı başlamış "Resilience” əməliyyatına ölkənin hava qüvvələrinə mənsub "Airbus A330” təyyarəsi, "NH-90 Caiman” vertolyotu, eləcə də dəniz qüvvələrinə mənsub "Mistral”, "Dixmude” kimi təyyarə və vertolyot daşıyan hərbi gəmilər cəlb olunub.
"Airbus A 330” təyyarəsi və "NH-90 Caiman” vertolyotu vasitəsi ilə gündə 3 dəfə xəstələr Almaniyaya, İsveçrəyə, eləcə də ölkənin cənub və qərb bölgələrindəki xəstəxanalara daşınır.
ƏTRAFLI
Adsgarden.com
"Mistral” və "Dixmude” vertolyot daşıyıcılarından Fransanın dənizətrafı ərazi və departamentlərindən xəstələrin daşınması üçün nəzərdə tutulub. Vertolyot daşıyan hərbi gəmilərin bir neçəsi reanimasiya aparatları ilə təchiz olunmuş 69 çarpayılıq xəstəxanalara çevrilib.
Qeyd edək ki, ölkə daxilində epidemiyanın episentrindən xəstələrin digər regionlara daşınması məqsədilə daxili dəyişdirilərək ambulunsa çevrilmiş TGV sürət qatarlarından da istifadə olunur.