Çində 5,6 bal gücündə zəlzələ
01.04.2020
Çinin cənub-qərbindəki Siçuan vilayətində 5,6 bal gücündə zəlzələ olub.
Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Qanci Tibet muxtar prefekturasının Şiçu rayonunda yerli vaxtla saat 20:23-də (Bakı vaxtı ilə 16:23) baş verib. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.