21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rejimini pozan şəxslər cərimə olunublar

01.04.2020

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu kimi neqativ halların qarşısının alınması məqsədilə nazirliyin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi məqsədilə polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik söhbətlər aparılır. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilirlər.

Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə virusun ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.