Ukraynada ölənlərin sayı 17 oldu
01.04.2020
Ukraynada koronavirusa yoluxanların sayı 645 nəfərə çatıb.
Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Son sutka ərzində 96 nəfər koronavirusa yoluxub. Ukraynanın 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan ölənlərin sayı isə 17 nəfərə çatıb.
Qeyd edək ki, aprelin 24-dək ölkədə bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.