21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayıblar

01.04.2020

Həmsədrlər Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər”lə bağlı bəyanat yayıblar
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma seçkilərlə bağlı bəyanat yayıblar.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, həmsədrlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində onların 9 mart tarixli bəyanatında əksini tapmış prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həllinə bölgə əhalisinin rolunu tanıdıqlarını bəyan ediblər.

Həmçinin vurğulayıblar ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır.

"Həmsədrlər bu "seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər”, - deyə bəyanatda bildirilir.