Misirdə ölənlərin sayı 41 oldu
31.03.2020
Misirdə yeni növ koronavirusdan ölənlərin sayı artıb
Misirdə COVID-19 virusundan ölənlərin sayı 41 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Səhiyyə naziri Hala Zayed məlumat verib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən daha 1 nəfər dünyasını dəyişib. Həyatını itirən 44 yaşlı Qahirə sakinidir.
Nazir bildirilib ki, martın 30-da ölkədə koronavirusa 47 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin sayı 656 nəfərə çatıb. Ötən gün müalicə olunaraq evə buraxılan 18 nəfərin ikisi əcnəbilərdir.
Misirin Baş Naziri Mustafa Madbuli ölkədə 26 laboratoriyada koronavirus testi aparıldığını bəyan edib. O əlavə edib ki, Prezident Əbdülfəttah əs-Sisi karantin rejimi müddətində əhalinin ərzaq təminatı ilə bağlı xüsusi göstəriş verib. Artıq Misir qonşu ölkələrə dənli bitkilərin ixracını dayandırıb.